Qoşunların qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək

Qoşunların qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək Monitorinqi Azərbaycan tərəfdən Jiri Aberle və Piter Şvedberq keçirəcəklər
Qarabağ
6 Sentyabr , 2016 13:05
Qoşunların qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək

Bakı. 6 sentyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 7-də Göygöl rayonunun Ömər dağ keçidində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petritsa və Saymon Tiller keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi