Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb Monitorinq Tapqaraqoyunlu kəndinin qərbindən keçən qoşunların təmas xəttində keçirilib
Qarabağ
11 May , 2016 11:54
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Bakı. 11 may. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 11-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçisi Piter Svedberq və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətinə birbaşa məsul olan nümayəndəsi Tomas Lenk keçiriblər. 

Son xəbərlər

Orphus sistemi