Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb ATƏT Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirib
Qarabağ
22 Sentyabr , 2015 14:08
Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Bakı. 22 sentyabr. REPORT.AZ  ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 22-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçiriblər.

Son xəbərlər

Orphus sistemi