Qoşunların təmas xəttində atəşkəs rejimi bərpa olunub

Qoşunların təmas xəttində atəşkəs rejimi bərpa olunub Beş saat müddətində hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır
Qarabağ
8 Aprel , 2016 14:01
Qoşunların təmas xəttində atəşkəs rejimi bərpa olunub

Beş saat müddətində hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejimi bərpa olunub. “Report”un xəbərinə görə, hazırda Azərbaycan tərəfi atəşkəs rejiminə tam riayət edir.

ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə saat 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi