Qoşunların qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Qoşunların qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb Monitorinq Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində keçiriləcək
Qarabağ
14 Sentyabr , 2016 12:59
Qoşunların qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 14-də Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Şvedberq və Saymon Tiller keçiriblər. 
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Gennadi Petriça və Xristo Xristov keçiriblər.

Son xəbərlər

Orphus sistemi