Qarabağda ədaləti bərpa etmək çağırışı ilə bağlı Ağ Evin saytında yerləşdirilən petisiya 100 min imza toplayıb

Qarabağda ədaləti bərpa etmək çağırışı ilə bağlı Ağ Evin saytında yerləşdirilən petisiya 100 min imza toplayıb İndi Ağ Ev administrasiyası müəyyən bir müddət ərzində petisiyaya cavab verməlidir
Qarabağ
13 Aprel , 2016 11:29
Qarabağda ədaləti bərpa etmək çağırışı ilə bağlı Ağ Evin saytında yerləşdirilən petisiya 100 min imza toplayıb

Bakı. 13 aprel. REPORT.AZ/ Ağ Evin rəsmi saytında Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsinə çağırışla bağlı petisiya lazım olan 100 min imzanı toplayıb.

"Report" Ağ Evin saytına istinadən xəbər verir ki, "Ədaləti bərpa etmək və böyük fəlakətin qarşısını almaq" adlı petisiya aprelin 6-da saytda yerləşdirilmişdi.

Petisiyanın mətnində AŞPA-nın 2085 nömrəli qətnaməsi xatırlanaraq Ermənistan qoşunlarının dərhal Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb edilib.

Eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ciddi irəliləyişə nail olmadıqları qeyd olunur.

İndi Ağ Ev administrasiyası müəyyən bir müddət ərzində petisiyaya cavab verməlidir.

Son xəbərlər

Orphus sistemi