Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün 5 dildə sayt hazırlanıb

Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün 5 dildə sayt hazırlanıb İnformasiya resursu ictimaiyyətə sentyabrın 22-də təqdim olunacaq
Qarabağ
21 Sentyabr , 2015 19:40
Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün 5 dildə sayt hazırlanıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Qarabağ haqqında 5 dildə sayt hazırlanıb. Bu barədə "Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Şuranın maliyyə dəstəyilə "Düşüncə" Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan, rus, ingilis, alman və fransız dillərində sayt (www.dailykarabakh.com) hazırlayıb.

Qeyd edək ki, informasiya resursu ictimaiyyətə sentyabrın 22-də təqdim olunacaq.  

Son xəbərlər

Orphus sistemi