​Qaçqınkom məcburi köçkünlərə xəbərdarlıq edib

​Qaçqınkom məcburi köçkünlərə xəbərdarlıq edib Bəzi məcburi köçkünlərə verilən mənzillərin istifadə edilmədiyi, mənzillərin boş qaldığı müəyyən olunub
Qarabağ
19 Noyabr , 2015 09:32
​Qaçqınkom məcburi köçkünlərə xəbərdarlıq edib

Bakı. 19 noyabr. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq edib. Dövlət Komitəsinin mətbuat xidmətindən “Report”a daxil olan açıqlamada bildirilib ki, dünyanın bütün münaqişə zonalarında olan qaçqın və məcburi köçkünlərdən fərqli olaraq ölkəmizdə bu kateqoriyadan olan insanlara ölkə Prezidenti İlham Əliyev tərəfindən daimi yüksək diqqət və qayğı göstərilir: “Lakin təəssüflər olsun ki, bəzi məcburi köçkünlər bu cür diqqət və qayğıdan sui-istifadə edirlər. Xüsusən belə hallar yeni salınmış qəsəbələrə köçürülmə zamanı daha çox özünü göstərir. Belə ki, bəzi məcburi köçkünlər əvvəllər köçürmə obyektlərində yaşadıqlarını və orada müvəqqəti qeydiyyatda olduqlarını bəhanə edərək, yuxarı instansiyalara mütəmadi müraciət edərək onlara yeni mənzillərin verilməsini təkidlə tələb ediblər. Lakin bir müddət keçdikdən sonra onların həmin mənzillərdən istifadə etmədikləri, mənzillərin boş qaldığı müəyyən edilib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin məcburi köçkünlər mənzilləri geri təhvil vermir, yaxud istifadəni təmin etmirlər. Dövlətqaçqınkom bu qəbildən olan məcburi köçkünlərə bir daha xəbərdarlıq edir ki, 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr onlara yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq və mənzillərdə yaşayış bərpa edildikdən və ya təhvil verildikdən sonra ödənişlər bərpa ediləcək”.

Son xəbərlər

Orphus sistemi