Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb Həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıblar
Qarabağ
6 Aprel , 2016 12:14
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki, İqor Popovu, Pyer Andryönü və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kasprşiki qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı vəziyyət müzakirə olunub.

Həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıblar. Onlar belə bir fikri diqqətə çatdırıblar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır.

Son xəbərlər

Orphus sistemi