Peskov: "Rusiya Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylər göstərir"

Peskov: "Rusiya Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylər göstərir" Rusiya prezidentinin mətbuat katibi Ermenistan-Azərbaycan münaqişəsinə dair fikirlərini bölüşüb
Qarabağ
26 Mart , 2016 20:02
Peskov: Rusiya Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylər göstərir

Bakı. 26 mart. REPORT.AZ/ “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Rusiya da digər ölkələr kimi irəliləyişə nail olmaq üçün ardıcıl səylər göstərir”. "Report"-un RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Onun sözlərinə görə, "əlbəttə, Qağlıq Qarabağ münaqişəsi kimi məsələlərdə hər-hansı bir tərəfin mövqe dəyişməkdən imtina etməsi, xüsusən də, gücdən istifadə etməyə hazır olması barədə bəyanatlar verməsi, irəliləyişə şərait yaratmır”.

"Rusiya prosesdə, yavaş da olsa, irəliləyişə nail olmaq üçün Minsk qrupu ilə birgə səyləri davam etdirir. Hələlik sevinmək üçün əsas yoxdur, ancaq yeganə çıxış yolu "beşliyin” həm Yerəvan, həm də Bakı üçün əlverişli şərait yaratmasıdır”, - deyə Peskov qeyd edib.

Son xəbərlər

Orphus sistemi