Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib

Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib Daha sonra Fransa, Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə birgə görüşü olub
Qarabağ
27 Oktyabr , 2014 23:52
Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Parisdə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın prezidenti Serj Sarqsyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub. "Report" Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, daha sonra prezident İlham Əliyevin və prezident Serj Sarqsyanın görüşü keçirilib. 

Daha sonra Fransa Respublikasının prezidenti Fransua Ollandın, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının prezidenti Serj Sarqsyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə birgə görüşü olub.

Son xəbərlər

Orphus sistemi