Pan Gi Mun: "BMT ATƏT regionunda həlli uzadılmış məsələlərin nizamlanmamasından narahatdır"

Pan Gi Mun: "BMT ATƏT regionunda həlli uzadılmış məsələlərin nizamlanmamasından narahatdır" "BMT ATƏT-in münaqişələrin həlli üzrə səylərini dəstəkləməkdə davam edir"
Qarabağ
28 İyun , 2016 12:46
Pan Gi Mun: BMT ATƏT regionunda həlli uzadılmış məsələlərin nizamlanmamasından narahatdır

Bakı. 28 iyun. REPORT.AZ/ BMT ATƏT regionunda həlli uzadılmış məsələlərin nizamlanmamasından, o cümlədən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulması hallarından narahatdır.

"Report" xəbər verir ki, bu barədə BMT baş katibi Pan Gi Munun bu gün Vyanada işinə başlayan ATƏT-in təhlükəsizlik konfransı iştirakçılarına ünvanladığı və Cenevrədə BMT ofisinin baş direktoru Mixael Mollerin oxuduğu məktubda deyilir.

Baş katib müraciətində, həmçinin rəhbərlik etdiyi təşkilatın ATƏT-in münaqişələrin həlli və regiondakı digər vacib məsələlər üzrə səylərini dəstəkləməkdə davam edəcəyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi