Pakistan Dağlıq Qarabağ üzrə İƏT Kontakt qrupunun yaradılmasını alqışlayır

Pakistan Dağlıq Qarabağ üzrə İƏT Kontakt qrupunun yaradılmasını alqışlayır İslamabad BMT TŞ qətnamələrinin dərhal və tam şəkildə yerinə yetirilməsini tələb edir
Qarabağ
15 Aprel , 2016 10:19
Pakistan Dağlıq Qarabağ üzrə İƏT Kontakt qrupunun yaradılmasını alqışlayır

Bakı. 15 aprel. REPORT.AZ/ Pakistan Dağlıq Qarabağ üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kontakt qrupunun yaradılmasını alqışlayır.

Pakistanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, bu barədə Pakistanın baş nazirinin müşaviri Sərtac Əzizin bəyanatında deyilir. 

Müşavir qrupun yaradılmasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcəyinə ümidvar olduğunu bildirib. 

"Kontakt qrupun ilk görüşü böhranlı vəziyyətdə, müsəlman ümmətinin çoxsaylı çağırışlarla üzləşdiyi dövrdə keçirilir. Qlobal vəziyyət Pakistan, Cammu və Kəşmir, Dağlıq Qarabağda uzunsürən münaqişələrin həllinə səbəb olmaq üçün bir o qədər də əlverişli deyil", - S.Əziz qeyd edib.

Müşavir əlavə edib ki, Pakistan və Azərbaycan qardaş ölkələrdir və Pakistan Cənubi Qafqazdakı vəziyyətdi narahatlıqla izləyir: "Pakistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını dəstəkləyir və Ermənistan qoşunlarının Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal və tam şəkildə yerinə yetirilməsini tələb edir".

Son xəbərlər

Orphus sistemi