Novruz Məmmədov: “Kaş beynəlxalq hüquq nisbi də olsa, tətbiq olunaydı”

Novruz Məmmədov: “Kaş beynəlxalq hüquq nisbi də olsa, tətbiq olunaydı” “Ərazilərimizə Ermənistanın heç bir iddiası ola bilməz”
Qarabağ
27 Aprel , 2016 09:56
Novruz Məmmədov: “Kaş beynəlxalq hüquq nisbi də olsa, tətbiq olunaydı”

Bakı. 27 aprel. REPORT.AZ/ “25 ildir ki, Azərbaycan müstəqil dövlətdir. Bu illər ərzində ölkəmiz sülhə töhvə verib. Biz bunu bütün sahələrdə etmişik”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda panel iclasında deyib.

PA rəhbərinin müavini qeyd edib ki, BMT ilə birgə belə tədbirin keçirilməsi ilk deyil: “Yəni, xeyli belə tədbir keçirmişik. İkinci dünya müharibəsindən sonra BMT yaradıldı ki, dünyada sülh bərqərar edilsin. Bu sivil qurum öz missiyasını yerinə yetirə bilmədiyi üçün Sivilizasiyalar Alyansını yaratdıq. İnanın, BMT ilə bağlı müzakirələr aparanda deyirlər ki, bilirik, kimə xidmət edirlər. Bunun nəticəsidir ki, beynəlxaql gərginlik yaranıb. Kaş beynəlxalq hüquq nisbi də olsa, tətbiq olunaydı. Onda vəziyyət bu cür olmazdı”

N.Məmmədov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi səy göstərmirlər: “BMT bu məsələni ATƏT-in Minsk Qrupuna həvalə edib. Burada da Fransa, Rusiya və ABŞ təmsil olunur. Azərbaycan Avropa Şurasının Parlament Assamblyasının sessiyasında məsələ qaldırdı ki, Qarabağla bağlı qətnamə qəbul edilsin. ATƏT-in Minsk Qrupu isə bunun əleyhinə çıxdı. Yəni, bununla da demək istəyirlər ki, bu məsələni yalnız həmin qurum həll etməlidir. Bizim ərazilərimizə Ermənistanın heç bir iddiası ola bilməz. Orada 760 min çox azərbaycanlı yaşayır. Bununla bağlı beynəlxalq normanı yada salan yoxdur. Ümid edirik ki, sonu yaxşı olacaq”.

Son xəbərlər

Orphus sistemi