Nikolay Bordyuja: "Dağlıq Qarabağ regionunda baş verən gərginlikdən narahatıq"

Nikolay Bordyuja: "Dağlıq Qarabağ regionunda baş verən gərginlikdən narahatıq" "Artıq qaynar fazada olan münaqişə genişmiqyaslı hərbi qarşıdurmaya çevirilməməlidir"
Qarabağ
27 Dekabr , 2015 18:59
Nikolay Bordyuja: Dağlıq Qarabağ regionunda baş verən gərginlikdən narahatıq

Bakı. 27 dekabr. REPORT.AZ/ "Başçılıq etdiyim təşkilat Dağlıq Qarabağ regionunda baş verən gərginlikdən ciddi narahatdır". "Report" "Gazeta.Ru"-ya istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirib.

Azərbaycan-Ermənistan sərhədində, eləcə də qoşunların təmas xəttində gərginliyin artmasından narahat olduğunu qeyd edən Baş katib, "Bu gun Qazfaq regionunda baş verənləri izləyirik. Dağlıq Qarabağ regionunda qeydə alınan gərginliyin qarşısı alınmalıdır. Orada artıq ağır silahlar istifadə olunur. İnsan tələfatı var" deyə bildirib.

Bordyuja qeyd edib ki, dövlətlər siyasi resursdan istifadə edərək, regionda stabilliyin pozulmasına imkan verməməlidir: "Artıq qaynar fazada olan münaqişə genişmiqyaslı hərbi qarşıdurmaya çevirilməməlidir. Bu perespektiv bütün Qafqazda sülh üçün təhlükə təşkil edir.İlk növbədə siyasi metodlardan istifadə edilməlidir. Ölkə başçılarının nüfuzu öz sözünü deməlidir. KTMT üzləri də vəziyyətin düzəlməsi üçün addımlar atmalıdır".

Son xəbərlər

Orphus sistemi