NATO-nun baş katibi Qarabağda insident hallarından narahatdır

NATO-nun baş katibi Qarabağda insident hallarından narahatdır "NATO davamlı sülh üçün şəraitin yaradılması məqsədilə Minsk prosesini dəstəkləyir"
Qarabağ
24 Noyabr , 2014 16:28
NATO-nun baş katibi Qarabağda insident hallarından narahatdır

Bakı. 24 noyabr. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağda insident və zorakılıq hallarından narahatdır. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Y.Stoltenberq Haaqada NATO Parlament Assambleyasının iclasında bildirib. 

"Bu yaxınlarda Dağlıq Qarabağda baş verən insident və vəziyyətin gərginləşməsindən narahatam. Bu göstərir ki, münaqişənin hərbi həlli ola bilməz", - alyansın baş katibi qeyd edib. 

Onun sözlərinə görə, bu münaqişənin siyasi həllinin alternativi yoxdur. 

"Mən NATO-nun bilavasitə rolunu görmürəm, lakin NATO Dağlıq Qarabağda danışıqlar yolu ilə davamlı sülhə şərait yaradılması üçün Minsk prosesini dəstəkləyir", - Y.Stoltenberq vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi