Bakı. 12 mart. REPORT.AZ/ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ziddiyyətli fikirlər söyləmiş Uruqvayın xarici işlər naziri Luis Almagro vəzifəsindən gedib. “Report” xəbər verir ki, onun yerinə təyin edilmiş yeni XİN başçısı Rodolfo Nin Novoa Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə Uruqvayın mövqeyini açıqlayıb. O, Uruqvayda səfərdə olan Azərbaycan parlament nümayəndə heyəti ilə görüşdə bildirib ki, münaqişə beynəlxalq hüquqa uyğun olaraq həll edilməli, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələri yerinə yetirilməli, bir ölkə tərəfindən digər ölkənin ərazisinin silahlı işğalına yol verilməməli və münaqişənin nizamlanmasında dövlətlərin ərazi bütövlüyü prinsipi əsas götürülməlidir. Uruqvayın məsələ ilə bağlı mövqeyinə görə təşəkkürünü bildirən Azərabycan tərəfi münaqişənin nizamlanmasının bölgədə davamlı və möhkəm sülhün bərqərar olunması, əməkdaşlıq, interqrasiya və hərtərəfli inkişafın təmin edilməsinə verəcəyi töhfələrdən danışıb.
Uruqvay XİN başçısı: "Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir"
Qarabağ
12 Mart , 2015
09:43
https://static.report.az/photo/23aed0ef-4c86-469b-a469-f57b2a2996a6.jpg
İngilis versiyası
FotoUruguayan Foreign Minister: UN Security Council resolution on Nagorno-Karabakh must be settled
Rus versiyası
FotoГлава МИД Уругвая: Резолюции Совбеза ООН по Нагорному Карабаху должны быть выполнены