Müdafiə Nazirliyi: Qoşunlarda döyüş hazırlığının səviyyəsi yoxlanılır - VİDEO

Müdafiə Nazirliyi: Qoşunlarda döyüş hazırlığının səviyyəsi yoxlanılır - VİDEO "Yollarda və marşrutlarda komendant xidmətləri təşkil olunub"
Qarabağ
6 May , 2016 17:57
Müdafiə Nazirliyi: Qoşunlarda döyüş hazırlığının səviyyəsi yoxlanılır - VİDEO

Bakı. 6 may. REPORT.AZ/ Müdafiə nazirinin tapşırığına əsasən, qoşunların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə hərbi birlik və birləşmələrdə keçirilən təlimlərə cəlb edilən müxtəlif növ hərbi texnikanın müəyyən edilmiş marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən bildirilib. 

“Həyəcan” siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikaları cəmləşmə rayonlarına çıxarılaraq hərbi daşınmaların tələblərinə və müəyyən edilmiş normalara uyğun müvafiq istiqamətlər üzrə qısa müddətdə təlim bölgələrinə çatdırılıb.

Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidmətləri təşkil olunub.

Son xəbərlər

Orphus sistemi