Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Təbriz Bəxtiyar oğlu Həsənov ehtiyatsızlıqdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat edib. Bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Allah rəhmət eləsin!