​Azərbaycanın müdafiə naziri iki ölkənin səfirini qəbul edib

​Azərbaycanın müdafiə naziri iki ölkənin səfirini qəbul edib Görüşlərdə ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması barədə fikir mübadiləsi aparılıb
Qarabağ
17 Fevral , 2015 15:59
​Azərbaycanın müdafiə naziri iki ölkənin səfirini qəbul edib

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanı qəbul edib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Z.Həsənov səfirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Çexiya Respublikasının Azərbaycandakı hərbi attaşesi polkovnik Yurji Padour da iştirak edib.

Z.Həsənov həmçinin Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi də qəbul edib.

Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq, Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Serbiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi