Müdafiə naziri: "Gürcüstan daim Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını dəstəkləyir"

Müdafiə naziri: "Gürcüstan daim Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını dəstəkləyir" Azərbaycanın və Gürcüstanın müdafiə nazirlərinin cəbhədə yaranmış vəziyyətlə bağlı telefon danışıqları olub
Qarabağ
4 Aprel , 2016 10:25
Müdafiə naziri: Gürcüstan daim Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını dəstəkləyir

Bakı. 4 aprel. REPORT.AZ/ Aprelin 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Danışıqlar zamanı xanım T.Xidaşeli Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını dəstəklədiyini qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüququn normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə Gürcüstan tərəfinə minnətdarlığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi