Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi yenə də pozur - RƏSMİ MƏLUMAT

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi yenə də pozur - RƏSMİ MƏLUMAT "Azərbaycan tərəfi razılaşmaya əməl edərək hələ ki, cavab atəşi açmır"
Qarabağ
6 Aprel , 2016 14:31
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi yenə də pozur - RƏSMİ MƏLUMAT

Bakı. 6 aprel. REPORT.AZ/ Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq, Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, hazırda Goranboy rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv olaraq atəşə tutulur.

"Azərbaycan tərəfi razılaşmaya əməl edərək hələ ki, cavab atəşi açmır", - deyə nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi