​MN: Ermənilər hər an Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi istiqamətində addımlar atacağını gözləməlidirlər

​MN: Ermənilər hər an Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi istiqamətində addımlar atacağını gözləməlidirlər “Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşməndən azad etməyə qadirdir və tam hazırdır”
Qarabağ
6 May , 2016 10:12
​MN: Ermənilər hər an Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi istiqamətində addımlar atacağını gözləməlidirlər

Bakı. 6 may. REPORT.AZ/ Müdafiə Nazirliyi Ermənistan kriminal hərbi-siyasi rejiminin gündəmə gətirdiyi guya Azərbaycan Silahlı Qüvvələrinin 8-9 may ərəfəsində hücuma keçəcəyi barədə məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan tərəfi BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına və qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrə əməl etməyəcəyi təqdirdə bunun baş verməsi labüddür və qaçılmzadır: “Ermənilər hər gün, hər an, hər saat Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində addımlar atacağını gözləməlidirlər.

Məşhur bir kəlamda deyildiyi kimi “Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir”. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşməndən azad etməyə qadirdir və tam hazırdır. Ermənilər ölmək, hər gün ölümü gözləyərək səksəkə, qorxu içində yaşamaq istəmirlərsə Azərbaycan torpaqlarını tərk etməli, işğalçılığa son qoymalıdırlar”.

Son xəbərlər

Orphus sistemi