MN: Ermənilər Azərbaycan ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub

MN: Ermənilər Azərbaycan ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub Erməni silahlı bölmələri atəşkəs rejimini 21 dəfə pozub
Qarabağ
21 Sentyabr , 2016 09:34
MN: Ermənilər Azərbaycan ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub

Bakı. 21 sentyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 21 dəfə pozub.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

İşğal altında olan Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi