Bakı. 21 iyul. REPORT.AZ/
"Report"un verdiyi xəbərə görə, bu barədə özünün "twitter" səhifəsində amerikalı həmsədr Ceyms Uorlik yazıb.
Onun sözlərinə görə, onlar Vyanada ATƏT-in Minsk qrupuna üzv ölkələrinin nümayəndələri ilə brifinq keçirəcək. Brifinq zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına dair fikir mübadiləsi aparılacaq.
"Biz daha sonra Bakiya yola düşəcəyik", - deyə Ceyms Uorlik əlavə edib.