Minsk qrupunun həmsədrləri məsləhətləşmələr üçün ABŞ-a yollanıb

Minsk qrupunun həmsədrləri məsləhətləşmələr üçün ABŞ-a yollanıb Vasitəçilər Nyu-York və Vaşinqtonda olacaq
Qarabağ
13 Noyabr , 2015 12:15
Minsk qrupunun həmsədrləri məsləhətləşmələr üçün ABŞ-a yollanıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri məsləhətləşmələr üçün ABŞ-a yollanıb. "Report" xəbər verir ki, vasitəçilər Nyu-York və Vaşinqtonda olacaq.

"Həmsədrlər ATƏT-in Daimi Şurası və Minsk qrupu qarşısında hesabat verdi. İndi isə biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə məsləhətləşmələr aparmaq üçün Nyu-York və Vaşinqtona gedirik", - ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.

Son xəbərlər

Orphus sistemi