​Minsk qrupunun həmsədrləri Ermənistan prezidenti ilə görüşüblər

​Minsk qrupunun həmsədrləri Ermənistan prezidenti ilə görüşüblər Görüşdə Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunub
Qarabağ
26 Oktyabr , 2015 22:17
​Minsk qrupunun həmsədrləri Ermənistan prezidenti ilə görüşüblər

Bakı. 26 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun hazırda İrəvanda səfərdə olan həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik Ermənistan prezidenti Serj Sarqsyan ilə görüşüblər.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə danışıqlar prosesinin hazırkı mərhələsi və növbəti atılacaq addımlarla bağlı məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi