Minsk qrupunun həmsədrləri Azərbaycana qoşunların təmas xəttini keçərək gələcəklər

Minsk qrupunun həmsədrləri Azərbaycana qoşunların təmas xəttini keçərək gələcəklər Vasitəçilərin təmas xəttini qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçməsi planlaşdırılır
Qarabağ
26 Oktyabr , 2015 13:42
Minsk qrupunun həmsədrləri Azərbaycana qoşunların təmas xəttini keçərək gələcəklər

Bakı. 26 oktyabr. REPORT.AZ/ Təmas xəttində monitorinq keçiriləcək. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 27-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçirəcəklər.

Monitorinq zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Piyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin təmas xəttini qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi