Minsk qrupunun həmsədrləri ATƏT Daimi Şurasının iclasında çıxış edib

Minsk qrupunun həmsədrləri ATƏT Daimi Şurasının iclasında çıxış edib Həmsədrlər iclas iştirakçılarına danışıqlar prosesinin hazırkı durumu barədə məlumat verib
Qarabağ
12 Noyabr , 2015 15:28
Minsk qrupunun həmsədrləri ATƏT Daimi Şurasının iclasında çıxış edib

Bakı. 12 noyabr. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Vyanada ATƏT Daimi Şurasının iclasında çıxış edib. "Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.

Həmsədrlər iclas iştirakçılarına Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı durumu barədə məlumat verib və Ermənistan-Azərbaycan sərhəd xəttində ağır silahlardan istifadə ilə bağlı narahatlığını bildirib.

Qeyd edək ki, vasitəçilər daha öncə Almaniya Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparıb.

Son xəbərlər

Orphus sistemi