Minsk qrupunun fransalı həmsədri Yerevana gedib və cəbhədəki gərginliyi müzakirə edib

Minsk qrupunun fransalı həmsədri Yerevana gedib və cəbhədəki gərginliyi müzakirə edib Pyer Andriö Ermənistan müdafiə nazirinin birinci müavini ilə görüşüb
Qarabağ
10 Oktyabr , 2015 11:50
Minsk qrupunun fransalı həmsədri Yerevana gedib və cəbhədəki gərginliyi müzakirə edib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan Yerevanda ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andriö ilə görüşüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, tərəflər Azərbaycan-Ermənistan sərhədi və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qoşunların təmas xəttindəki vəziyyəti müzakirə ediblər.

Görüş zamanı gərginliyin artmasının yolverilməz olduğu və münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə konstruktiv yanaşmanın və atəşkəs rejiminin saxlanılmasının vacibliyi vurğulanıb.  

Son xəbərlər

Orphus sistemi