Bakı. 5 may. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik "Ay data" təşkilatının Amerikadakı ofisində erməni icmasının təmsilçiləri ilə görüşüb.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, görüş iştirakçıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.
İnformasiyaya əsasən, tədbirdə "Daşnaksütyun" Partiyasının təmsilçiləri Hayk Oşakyan və Taron Ter-Xaçatryan, "Ay Data" komissiyasının sədri Raffi Ambaryan və qurumun hökumətlə əlaqələr şöbəsinin direktoru Keyt Naapteyan iştirak ediblər.