Milli Məclisin sədr müavini: “Ermənistan Azərbaycanı dəstəkləyən dövlətləri də təxribata çəkir”

Milli Məclisin sədr müavini: “Ermənistan Azərbaycanı dəstəkləyən dövlətləri də təxribata çəkir” “Onlar təmas xəttində təxribatlar törətməklə məşğuldur”
Qarabağ
13 May , 2016 12:23
Milli Məclisin sədr müavini: “Ermənistan Azərbaycanı dəstəkləyən dövlətləri də təxribata çəkir”

Bakı. 13 may. REPORT.AZ/ “Ermənistan konstruktiv mövqe nümayiş etdirmir. Onlar təmas xəttində təxribatlar törətməklə məşğuldur”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin (MM) sədr müavini Bahar Muradova MM-də keçirilən “Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələrdə  çıxışında deyib.

O bildirib ki, Ermənistan Azərbaycanı dəstəkləyən dövlətləri də təxribata çəkir.

B.Muradova xatırladıb ki, aprelin əvvəlində ermənilər təxribata əl atıb, Azərbaycan ordusu isə buna layiqli cavab verib: “Ermənilər bunu etməklə özlərinə problem yaratdılar. Bu müharibədə Azərbaycan imkanlarını bir daha ortaya qoydu. Ordumuzun güclü olduğu sübuta yetirildi. Düzdür, Azərbaycan da itki verdi. Amma biz bütövlükdə üstünlük qazandıq”.

Milli Məclisin sədr müavini qeyd edib ki, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib.

Son xəbərlər

Orphus sistemi