Milli Məclis sədrinin müavini: “Hər birimizin ürəyindən keçir ki, cəbhədə bayrağımızın dirəyindən yapışıb “selfie” çəkdirək”

Milli Məclis sədrinin müavini: “Hər birimizin ürəyindən keçir ki, cəbhədə bayrağımızın dirəyindən yapışıb “selfie” çəkdirək” “Azərbaycandan beynəlxalq təşkilatlara edilən çağırışların ruhu fərqli olmalıdır”
Qarabağ
29 Aprel , 2016 11:57
Milli Məclis sədrinin müavini: “Hər birimizin ürəyindən keçir ki, cəbhədə bayrağımızın dirəyindən yapışıb “selfie” çəkdirək”

Bakı. 29 aprel. REPORT.AZ/ "Azərbaycan heç kimə sübut etməli deyil ki, bizim nəyə haqqımız var və ya yoxdur. Bunu ancaq beynəlxalq hüquq müəyyən edir. Ölkələrin həm vəzifələri, həm də öhdəlikləri var. Əlbəttə, hər bir dövlətin iqtidarının ilk öhdəliyi xalqın təhlükəsizliyini təmin etməkdir. Bu gün Azərbaycan öz vəzifələrini və öhdəliklərini çox gözəl bilir və zamanında bu addımları tarazlaşdırılmış şəkildə atır".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təkcə ölkədə yox, eləcə də beynəlxalq aləmdə reallıqlar, münasibətlər, yanaşmalar dəyişməkdədir: "Bəzi hallarda onun ifadə, təzahür forması bizi qane etməsə də, şüurlarda, düşüncələrdə, yanaşmalarda bu dəyişikliyi hiss etməkdəyik. Bunu bizə iştirak etdiyimiz beynəlxalq təşkilatlarda insanlar deyir".

Sədr müavini qeyd edib ki, xalqın özünə qayıtmış inamı, gücü əsas məsələdir: "Çünki belə olan halda qarşıya qoyulan hədəflərə asan çatılır. Cəbhədə baş verən son hadisələrdə bunu bariz şəkildə görmək olar. Bu, təbii ki, orduya, dövlətə olan inamdır".

O, həmçinin vurğulayıb ki, Azərbaycandan beynəlxalq təşkilatlara edilən çağırışların ruhu fərqli olmalıdır: "Onlara deməliyik ki, siz, haqqın, ədalətin yanında olmalısınız. Biz bu gün dünyada əmin-amanlığın, sülhün ədalətli şəkildə təmin olunmasının tərəfdarıyıq. Təbii ki, bunun içərisində Azərbaycanın milli maraqları da var. Tərəfdarıyam ki, bu sahədə olan fəaliyyətimizi daha da genişləndirək. Bu məsələdə mətbuatın da üzərinə ciddi vəzifə düşür. Azərbaycan ordusu, onun hərbi sursatı və digər məlumatları yalnız Müdafiə Nazirliyinin rəsmi mövqeyinə istinadən vermək lazımdır. Əlbəttə, bizim hər birimizin ürəyindən keçir ki, təmas xəttinə gedək, onlarla görüşüb şəkil çəkdirək, hətta bayrağımızın dirəyindən yapışıb "selfie" çəkdirək. Bunları edə bilərik, etməliyik. Amma bəlkə də bu günün vəzifəsi deyil. Ona görə də təmas xəttində olan insanların xahişlərini sizlərə çatdırmaq istəyirəm ki, bizim gücümüz çatan işlərlə məşğul olaq". 

Son xəbərlər

Orphus sistemi