Bakı. 2 iyul. REPORT.AZ/ "ATƏT Dağlıq Qarabağ münaqişəsində sabitliyə nail olmaq üçün araşdırma mexanizmindən istifadə etməlidir".
"Report" xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin məruzəçisi xanım Marqaret Sederfelt iyulun 2-də Tbilisidə keçirilmiş iclasda deyib.
O, ATƏT-in Cənubi Qafqaz regionunda sabitliyə nail olmaq üçün müəyyən addımlar atdığını bildirib: "Bu məqsədə nail olmaq üçün daha çox şey edə bilərik".
M.Sederfelt ATƏT regionunda digər münaqişələrə, eləcə də münaqişələr zamanı qadınların üzləşdiyi problemlərə toxunub.