Meksika universitetində Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib

Meksika universitetində Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib Həmçinin Meksika-Azərbaycan ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və gələcək perspektivləri haqqında danışılıb
Qarabağ
18 Mart , 2015 11:06
Meksika universitetində Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib

Bakı. 18 mart. REPORT.AZ/ Meksikanın “ANAHUAC SUR” Universitetində “Yaxın Şərq, Afrika və Qafqaz həftəsi” adlı tədbir keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən “Report”a bildirilib ki, tədbir zamanı “ANAHUAC SUR” Universitetinin rektoru Abraham Kardenas çıxış edərək tədbirin mahiyyəti barədə məlumat verib, tədbirin ikitərəfli münasibətlərin dərinləşməsini baxımından önəmli olduğunu və qeyd olunan region ölkələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbir zamanı Azərbaycanın müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkə olmasından, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu və Avropa təsisatlarına inteqrasiya məsələlərinin Azərbaycanın daxili və xarici siyasətinin prioritet istiqamətləri olması ifadə edilib.

Həmçinin Ermənistanın-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən və onun nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayonun işğalı, bunun ağır nəticələri, bu ərazilərdən olan təqribən 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi barədə iştirakçılara məlumat verilib.

Daha sonra Azərbaycanın iqtisadi baxımdan dinamik inkişaf edən ölkəyə çevrildiyi, son bir neçə ildə Azərbaycan iqtisadiyyatının həcminin üç dəfə artdığı diqqətə çatdırılıb. Ölkəmizin enerji siyasəti, habelə enerji sektorunda həyata keçirilən beynəlxalq əməkdaşlıq layihələri haqqında iştirakçılar məlumatlandırılaraq, hazırda Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində starteji rol oynadığından bəhs edilib.

Konfransda, həmçinin Meksika-Azərbaycan ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və ikitərəfli əməkdaşlığın gələcək perspektivləri haqqında məlumat verilib.

Son xəbərlər

Orphus sistemi