​Maya Kosyançiç: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Aİ üçün prioritet məsələ olaraq qalır"

​Maya Kosyançiç: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Aİ üçün prioritet məsələ olaraq qalır" "Aİ zorakılıq hərəkətlərinə dərhal son qoymağa çağırır"
Qarabağ
30 Sentyabr , 2015 10:51
​Maya Kosyançiç: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Aİ üçün prioritet məsələ olaraq qalır

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Aİ üçün prioritet məsələ olaraq qalır. Status-kvo qəbuledilməzdir". "Report" "Euroactiv"ə istinadən xəbər verir ki, bu barədə qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində mövcud vəziyyəti şərh edən Aİ diplomatiyasının rəhbəri F.Mogerininin rəsmi nümayəndəsi Maya Kosyançiç bildirib.

O qeyd edib ki, Aİ ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan görüşü alqışlayır.

"Biz zorakılıq hərəkətlərinə dərhal son qoymağa çağırırıq. Tərəflər təmkinli olmalı, atəşkəs rejimi və Cenevrə Konvensiyasına ciddi şəkildə əməl etməlidirlər. Biz tərəfləri münaqişənin tezliklə sülh yolu ilə və hərtərəfli nizamlanmasına yönəlmiş yüksək səviyyəli danışıqlarda yenidən iştirak etməyə çağırırıq", - Kosyançiç bildirib. 

Son xəbərlər

Orphus sistemi