Valentina Matviyenko: "Bakı və Yerevan gərginliyin yolverilməzliyinin məsuliyyətini anlamalıdır"

Valentina Matviyenko: "Bakı və Yerevan gərginliyin yolverilməzliyinin məsuliyyətini anlamalıdır" "Dərhal hər cür atəşi, hərbi əməliyyatları dayandırmaq və danışıqlar masasına oturmaq lazımdır"
Qarabağ
4 Aprel , 2016 14:49
Valentina Matviyenko: Bakı və Yerevan gərginliyin yolverilməzliyinin məsuliyyətini anlamalıdır

Bakı. 4 aprel. REPORT.AZ/ "Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağ münaqişəsində gərginliyin, hərbi əməliyyatların yolverilməz olmasının məsuliyyətini anlamalıdır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

Onun sözlərinə görə, hazırkı məqamda dərhal hər cür atəşi, hərbi əməliyyatları dayandırmaq və danışıqlar masasına oturmaq lazımdır.

V.Matviyenko bildirib ki, Rusiya münaqişənin miqyasının artmasının qarşısını almaq üçün bütün dövlət orqanları vasitəsilə səylərini davam etdirəcək və artıq sülh danışıqlarının yenidən başlaması üzərində işə başlayıb.

Son xəbərlər

Orphus sistemi