Lənkəranda Xocalı soyqırımının 24-cü ildönümü qeyd olunub - FOTO

Lənkəranda Xocalı soyqırımının 24-cü ildönümü qeyd olunub - FOTO Gənclərin ifasında “Bu qan yerdə qalan deyil!” adlı kompozisiya nümayiş etdirilib
Qarabağ
26 Fevral , 2016 16:12
Lənkəranda Xocalı soyqırımının 24-cü ildönümü qeyd olunub - FOTO

Bakı. 26 fevral. REPORT.AZ/ Lənkəran şəhərində Xocalı faciəsinin 24-cü ildönümü qeyd olunub. "Report"un məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər, hərbi hissələrin şəxsi heyəti Lənkəranda azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksin önünə gələrək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər. Əvvəlcə icra başçısı T.Qaraşov abidə-kompleksin önünə qərənfillər düzüb. Xocalı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla anıldıqdan sonra rayonun fəal istedadlı gənclərinin ifasında “Bu qan yerdə qalan deyil!” adlı kompozisiya nümayiş etdirilib. Sonda ümumrayon ziyarəti başlayıb. 

Anım mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilib. Kinorejissor Vahid Mustafayevin “Xoca” bədii televiziya filmi nümayiş olunub. 

Xocalı soyqırımı ilə əlaqədar Lənkəran Dövlət Universitetində, rayonun orta ixtisas və ümumtəhsil məktəblərində ilk dərslər Xocalı qətliamına həsr edilib, idarə və təşkilatlarda, qəsəbə və kəndlərdə anım mərasimləri, xatirə gecələri keçirilib. 

Son xəbərlər

Orphus sistemi