"Biz Serbiyanın ATƏT-də sədrliyi çərçivəsində bu təşkilatın digər mexanizmlərində iştirak etməyə hazır olduğumuzu təsdiq etmişik", - Lavrov bildirib.
Bu mexanizmlərdən Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəaliyyətini, Dnestryanı məsələ üzrə 5 + 2 qrupunu, eləcə də Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması üzrə Cenevrə müzakirələrini qeyd edib.
Rusiya XİN rəhbəri, həmçinin Ukrayna münaqişəsində ATƏT-in rolunu vurğulayıb.