Latviya Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırıb

Latviya Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırıb Ölkə XİN-i Dağlıq Qarabağda qarşıdurmaların gərginləşməsi ilə əlaqədar narahatlığını ifadə edib
Qarabağ
3 Aprel , 2016 09:19
Latviya Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırıb

Bakı. 3 aprel. REPORT.AZ/ Latviyanın Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ münaqişəsi zonasında qarşıdurmaların gərginləşməsi ilə əlaqədar narahatlığını ifadə edib.

"Report" xəbər verir ki, bu barədə məlumat XİN-in rəsmi "twitter"səhifəsində yayılıb.

Bəyanatda rəsmi Riqanın Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırdığı bildirilir.

Son xəbərlər

Orphus sistemi