Lamberto Zanyer: "Həmsədrlər regiona səfərin yekunları barədə ATƏT sədrinə məlumat verəcək"

Lamberto Zanyer: "Həmsədrlər regiona səfərin yekunları barədə ATƏT sədrinə məlumat verəcək" Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri regiondan hesabat üçün əvvəlcə Berlinə, sonra Vyanaya gedəcək
Qarabağ
8 Aprel , 2016 12:16
Lamberto Zanyer: Həmsədrlər regiona səfərin yekunları barədə ATƏT sədrinə məlumat verəcək

Bakı. 8 aprel. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri regiondan hesabat üçün əvvəlcə Berlinə, bir neçə həftə sonra isə ATƏT-in Vyanadakı Katibliyinə gedəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ATƏT-in baş katibi Lamberto Zanyer məlumat verib.

"Onlar (həmsədrlər) hazırda regiondadırlar və atılmalı olan növbəti addımları müəyyənləşdirmək və nə etmək lazım olduğunu görmək üçün lazım olan qədər orada qalacaq. Sonra həmsədrlər fəaliyyətdə olan sədrə hesabat verməlidirlər. Odur ki, onların ilk əvvəl Berlinə gedəcəyini düşünürəm. Vyanaya - Katibliyə nə vaxt gələcəklərinə isə özləri qərar verəcək", - deyə L.Zanyer bildirib.

Baş katib həmsədrlərin missiyasının vaxt məhdudiyyətinin olmadığını, amma onların hesabat verməli olduqlarını diqqətə çatdırıb.

L.Zanyer ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiondan geri dönməsindən sonra onların iştirakıyla ATƏT-in Daimi Şurasının yeni xüsusi iclasının keçiriləcəyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi