​Kvirikaşvili Azərbaycan və Ermənistana sülh danışıqlarını Gürcüstanda aparmağı təklif edib

​Kvirikaşvili Azərbaycan və Ermənistana sülh danışıqlarını Gürcüstanda aparmağı təklif edib O, Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib
Qarabağ
20 Aprel , 2016 21:02
​Kvirikaşvili Azərbaycan və Ermənistana sülh danışıqlarını Gürcüstanda aparmağı təklif edib

Bakı. 20 aprel. REPORT.AZ/ Gürcüstan hakimiyyəti Dağlıq Qarabağda sülhün saxlanılmasının region üçün nə dərəcədə vacib olduğunu dərk edir.

"Report" xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Strasburqa səfəri öncəsi deyib.

Kvirikaşvili Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib. Baş nazir münaqişə tərəflərinə sülh danışıqlarını Gürcüstanda aparmağı təklif edib.

"Dağlıq Qarabağ münaqişəsi kəskinləşən kimi, mən bir neçə bəyanat verdim və münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəklədim. Biz Qafqazda sülhün olmasında maraqlıyıq. Bu münaqişə bütün regionun təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Ona görə biz Dağlıq Qarabağda sülhün saxlanılmasının region üçün nə dərəcədə vacib olduğunu dərk edirik. Biz bunun üçün Gürcüstanı sülh danışıqlarının keçirilməsi yeri kimi təklif edə bilərik. Biz son vaxtlar Dağlıq Qarabağda gərginliyin aradan qalxması əlamətlərinin nəzərə çarpmasından şadıq. Ümid edirik ki, bu münaqişə sülh yolu ilə nizamlanacaq", - deyə Georgi Kvirikaşvili bildirib.

Son xəbərlər

Orphus sistemi