​Küveyt əmirinin müşaviri: “Dövlətimiz təcavüzə məruz qalmış Azərbaycan xalqının mənafelərini bütün məqamlarda müdafiə edəcək”

​Küveyt əmirinin müşaviri: “Dövlətimiz təcavüzə məruz qalmış Azərbaycan xalqının mənafelərini bütün məqamlarda müdafiə edəcək” Allahşükür Paşazadə Küveyt əmirinin müşavirini qəbul edib
Qarabağ
20 Fevral , 2015 17:00
​Küveyt əmirinin müşaviri: “Dövlətimiz təcavüzə məruz qalmış Azərbaycan xalqının mənafelərini bütün məqamlarda müdafiə edəcək”

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Küveyt əmirinin müşaviri, BMT baş katibinin humanitar məsələlər üzrə elçisi Abdullah Mətuq əl-Mətuqu qəbul edib.

Bu barədə “Report”a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

QMİ-də keçən görüşdə Şeyxülislam A.Paşazadə Küveyt dövlətinin əmiri IV Sabah bin Əhməd əl-Sabaha dərin ehtiramını və səmimi salamlarını yetirməyi xahiş edib.

QMİ sədri Azərbaycan və Küveyt dövlətləri arasında bütün sahələrdə səmimi qardaşlıq münasibətlərinin mövcudluğunu məmnunluqla qeyd edib, dini-mənəvi sahədə əlaqələrin inkişafı yönündə birgə səyləri yüksək dəyərləndirib. A.Paşazadə Küveyt dövlətinin Azərbaycanın haqq işini hər zaman müdafiə etdiyini xüsusi vurğulayıb və bu qardaşlıq mövqeyinə görə minnətdarlığını bildirib. Qonağın BMT-də daşıdığı vəzifəsinin də önəmli olduğunu və bu məqamda da Azərbaycan dövlətinə olan qardaş münasibətinin ölkəsi üçün dəyərli olduğunu bildirən Şeyxülislam A.Paşazadə Azərbaycan və Küveyt dövlətlərinin beynəlxalq təşkilatlar müstəvisində hər zaman uğurlu əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

QMİ sədrinə səmimi qəbul və qonaqpərvərliyə görə təşəkkürünü bildirən küveytli qonaq onu tanıdığı 20 il ərzində elmi, dünyagörüşü ilə fərqlənən, müdrik şəxsiyyət, dini dözümlülük ideyalarının ardıcıl təbliğatçısı kimi xüsusi dəyərləndirdiyini diqqətə çatdırıb. Bir çox beynəlxalq konfranslarda yaxından əməkdaşlıq etdiklərini xatırlayan küveytli qonaq Küveytdə yaradılmış Motədillik mərkəzinin işində fəal iştirakına görə QMİ sədrinə təşəkkürünü bildirib. Əl-Mətuq Şeyxülislamı əmin edib ki, Küveyt dövləti hər zaman haqqın, ədalətin yanında olacaq və təcavüzə məruz qalmış Azərbaycan xalqının mənafelərini bütün səviyyə və məqamlarda müdafiə edəcək.

Son xəbərlər

Orphus sistemi