Kuçma: "BMT Təhlükəsizlik Şurası vasitəsilə ərazi problemlərinin həllinə dair ümidlər əbəsdir"

Kuçma: "BMT Təhlükəsizlik Şurası vasitəsilə ərazi problemlərinin həllinə dair ümidlər əbəsdir" "MDB demək olar fəaliyyətini dayandırıb"
Qarabağ
29 Aprel , 2015 17:30
Kuçma: BMT Təhlükəsizlik Şurası vasitəsilə ərazi problemlərinin həllinə dair ümidlər əbəsdir

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan və Ukraynanın öz ərazi bütövlüyü problemlərini BMT Təhlükəsizlik Şurası vasitəsilə həll edəcəyinə dair ümidlər əbəsdir. "Report" xəbər verir ki, bu barədə Ukraynanın sabiq prezidenti Leonid Kuçma jurnalistlərə bildirib. 

"Artıq BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı 6 dəfə müzakirə aparıb və hər dəfə də Rusiya bunun əleyhinə səs verib. Bununla da hər şey bitib. Yəni Ukraynanın probleminin və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurası vasitəsilə həll olunacağına dair ümidlər əbəsdir. Bu, artıq ikili yox, üçlü standartlardır. Əslində isə heç bir standart belə ümumilikdə mövcud deyil. Dünyanın nizamı pozulub", - Kuçma qeyd edib. 

"Güclü ölkə olmaq lazımdır. Baxmayaraq ki, problemi hərbi yolla həll etmək istəyi özü problemlər yaradır. Mən bilirəm ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən çoxdur, lakin Ermənistanın arxasında onun ərazisində bazalarını yerləşdirən başqa bir ölkə durur", - Ukraynanın sabiq prezidenti əlavə edib. 

Ukraynanın MDB-yə üzvlüyünə toxunan L.Kuçma bildirib ki, həmin təşkilat artıq fəaliyyət göstərmir. "Bu struktur artıq fəaliyyət göstərmir. Moskva MDB-nin fəaliyyətinin başa çatmasında günahkardır. MDB artıq kağız üzərində qalıb", - Kuçma deyib. 

Son xəbərlər

Orphus sistemi