KTMT XİN başçıları Dağlıq Qarabağla bağlı bəyanat qəbul edib

KTMT XİN başçıları Dağlıq Qarabağla bağlı bəyanat qəbul edib Sənəddə Vyana və Sankt-Peterburqda münaqişə həlli istiqamətində əldə olunmuş razılaşmalara dəstək ifadə edilib
Qarabağ
4 İyul , 2016 19:45
KTMT XİN başçıları Dağlıq Qarabağla bağlı bəyanat qəbul edib

Bakı. 4 iyul. REPORT.AZ/ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Xarici İşlər Nazirləri Şurasının Yerevanda keçirilən toplantısının yekununda Dağlıq Qarabağla bağlı xüsusi bəyanat qəbul olunub. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, sənəddə Dağlıq Qarabağla bağlı mayın 16-da Vyanada, iyunun 20-də isə Sankt-Peterburqda keçirilmiş sammitlərdə münaqişə zonasında eskalasiyanın qəbuledilməz olduğu, vəziyyətin sabitləşməsi və sülh prosesinin irəliləməsi üçün şəraitin yaradılması məqsədi ilə əldə olunmuş razılaşmalara dəstək ifadə edilib. 

"Biz Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həllinin vacibliyini təsdiqləyərək, münaqişənin güc tətbiq etməmək və ya güc tətbiq ilə hədələməmək, dövlətlərin ərazi bütövlüyü, xalqların bərabərliyi və öz müqəddəratını təyin etmək hüququna dair BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və ATƏT-in Minsk qrupunun həmsədrlərinin beynəlxalq hüquq normaları çərçivəsində göstərdiyi səyləri dəstəkləyirik", - deyə Ermənistan XİN-in saytında dərc olunmuş bəyanatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi