Bakı. 2 aprel. REPORT.AZ/ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Ermənistanın siyasi-hərbi rəhbərliyi ilə daimi əlaqə saxlayır.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov Dağlıq Qarabğda təmas xəttindəki gərginliklə bağlı açıqlamasında bildirib.
Danışıqlar haqda ətraflı məlumat verməyən mətbuat katibi deyib: "Nikolay Bordyuja Ermənistanın müdafiə naziri Seyran Ohanyanla danışıb. Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil".