​Koreya ictimaiyyəti Ermənistanın Xocalıda törətdiyi vəhşiliklər barədə məlumatlandırılıb

​Koreya ictimaiyyəti Ermənistanın Xocalıda törətdiyi vəhşiliklər barədə məlumatlandırılıb Seulda “Xocalıya ədalət” kampaniyası çərçivəsində növbəti tədbir keçirilib
Qarabağ
25 Fevral , 2015 08:17
​Koreya ictimaiyyəti Ermənistanın Xocalıda törətdiyi vəhşiliklər barədə məlumatlandırılıb

Bakı. 25 fevral. REPORT.AZ/ Fevralın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Koreya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın Koreyadakı səfirliyinin dəstəyi və “Buta” Azərbaycan-Koreya Dostluq Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə növbəti təbliğat kampaniyası keçirilib.

"Report" xəbər verir ki, təbliğat kampaniyası çərçivəsində Koreyada təhsil alan azərbaycanlı tələbələr və koreyalı gənclər Koreya Respublikasının paytaxtı - Seul şəhərinin mərkəzi küçələrində üzərində “Xocalıya ədalət” yazılmış böyük ölçülü plakat və üzərlərində ingilis dilində “Justice for Khojaly” yazılmış geyimlər ilə şəhər sakinlərinin diqqətini Ermənistan tərəfindən Xocalının dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş vəhşiliklərə çəkib, soyqırımını əks etdirən fotolar nümayiş etdirilib və qətliam haqqında Koreya dilində nəşr olunmuş broşürlər paylayıblar.

Tədbir zamanı şəhər sakinlərinin Xocalı faciəsinə dair çoxsaylı sualları tələbələrimiz tərəfindən cavablandırılıb, soyqırımı haqqında məlumat verilib.

Kampaniyanın təşkilatçısı olan “Buta” Azərbaycan-Koreya Dostluq Mübadiləsi Assosiasiyasının üzvləri "Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində ölkəmizə qarşı edilən bu ədalətsizliyin Koreya ictimaiyyətinə çatdırılması istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini bildiriblər.

2009-cü ildən fəaliyyət göstərən “Buta” təşkilatı 2015-ci ilin fevral ayında qeyri-hökumət təşkilatı kimi rəsmi olaraq Koreya Respublikasında qeydiyyatdan keçib və sözügedən təbliğat kampaniyası təşkilatın ilk tədbiridir.

Son xəbərlər

Orphus sistemi