Komitə sədri: "Ermənistan Azərbaycana vurduğu ziyanın əvəzini ödəməli olacaq"

Komitə sədri: "Ermənistan Azərbaycana vurduğu ziyanın əvəzini ödəməli olacaq" "Heç bir işğal əbədi ola bilməz"
Qarabağ
5 Mart , 2015 12:10
Komitə sədri: Ermənistan Azərbaycana vurduğu ziyanın əvəzini ödəməli olacaq

Bakı. 5 mart. REPORT.AZ/ İşğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycana vurduğu ziyana görə gec-tez cavab verməli olacaq və onun əvəzini ödəməli olacaq.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün “İşğal altında qalan abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi” mövzusunda keçirilən konfransda deyib.
M.Qurbanlı qeyd edib ki, erməni işğalçıları milli-mədəni abidələrimizə, o cümlədən ekologiyamıza çox böyük ziyan vurublar. O vurğulayıb ki, vurulmuş ziyan Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Qiymətləndirmə Komissiyası tərəfindən araşdırılır, toplanır həmin sənədlərin əsasında Ermənistanın işğalı nəticəsində vurduğu ziyan hesablanır: “Azərbaycan müvafiq olaraq işğalçı Ermənistanın vurduğu ziyanın əvəzini almaq üçün beynəlxalq hüquqa uyğun olaraq müraciətlər edir. Heç bir işğal əbədi ola bilməz. İşğalçılar gec-tez Azərbaycan torpaqlarından çıxarılacaq”.

Komitə sədrinin sözlərinə görə, bütövlükdə işğal olunmuş torpaqlarda milli-mədəni dəyərlərimizə vurulmuş ziyanın qiymətləndirilməsi ilə əlaqədar mütəxəssislərlə fikir mübadiləsi aparmaq və onu beynəlxalq ictimai rəyə çatdırması ilə bağlı xeyli işlər görülüb.  

Son xəbərlər

Orphus sistemi