Bakı. 5 may. REPORT.AZ/ Ermənistan parlamentinin mayın 10-da keçiriləcək növbədənkənar toplantısının gündəliyinə qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsi daxil edilməyib.
"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Məlumata görə, parlamentin sessiyasının gündəliyinə 15 məsələ daxil edilib, onlardan 4-ü beynəlxalq müqavilələrə aiddir.
"Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması gündəlikdə yoxdur", - deyə BBC bildirib.
Qeyd edək ki, mayın 5-də Ermənistan hökuməti bu məsələ ilə bağlı "qanun layihəsi"ni dəstəkləyərək parlamentə göndərib.