Bakı. 3 Aprel. REPORT.AZ/ Birləşmiş Ştatlar Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatları pisləyir və vəziyyətin daha da gərginləşməsindən çəkinməyə çağırır”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri bildirib və münaqişənin hərbi yolla həllinin mövcud olmadığını qeyd edib.
Onun sözlərinə görə, qeyri-stabil vəziyyətlə əlaqədar olaraq tərəflər Rusiya, Fransa və ABŞ-ın daxil olduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəstəyi ilə dərhal danışıqlara keçməlidirlər.
“Biz münaqişənin hərbi yolla həlli variantının olmadığını təsdiq edirik. Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi danışıqlar yolu ilə davamlı sülhün əldə olunması üçün tərəflərlə işləməyə möhkəm bağlıdır”, -deyə o qeyd edib.